Paşinyan şikayət etdi: Donuruq...
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətə məxsus bağ evlərinin zəif qızdırılmasından şikayətlənib. Bu barədə o, Ermənistan hökumətinin iclasında danışıb.
“Hökumət üzvlərinin iqamətgahı qışda heç vaxt isinmir. Orada yaşayanlar az qala İcevandan odun sobası göndərməyi xahiş edirlər”, - Paşinyan bildirib.
Paşinyanın sözlərinə görə, söhbət onun donmasından deyil, dövlət büdcəsindən istilik üçün qazın alınmasına xərclənən pullardan gedir:
“Yaxşı, bir dəfə donduq, iki, üç, dörd - altıncıda “qızdırıcını yandıraq” - deyəcəyik, qaz yanır, bizi qızdırmır, Lakin bunun üçün kimdən pul çıxır - dövlət büdcəsindən!” (musavat.com)
20:32 29.12.2024
Oxunuş sayı: 4139