CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: zəhərli tüstü

16:24 16.10.2026

Zəhərli tüstüyə qarşı inanılmaz üsul: Göydən quru buz səpildi

62

İndoneziyada meşə və torf yanğınları nəticəsində yaranan zəhərli tüstünün dağıdılması üçün quru buz texnologiyasının sınaqlarına başlanılıb. Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi məlumat yayıb. Bildirilib ki, yeni texnologiya yağış buludlarına ehtiyac olmadan atmosferə müdaxilə edərək tüstünün dağılmasını təmin etməyə yönəlib. Agentliyin rəsmisi Berton S.P. Pancaytanın sözlərinə görə, meşə yanğınları zamanı atmosferdə yaranan temperatur inversiyası zərərli tüstünün yer səthinə yaxın təbəqələrdə toplanmasına səbəb olur. Yeni üsul çərçivəsində mənfi 75 dərəcə Selsi temperaturunda olan, diametri 3 millimetr təşkil edən quru buz dənəcikləri havaya buraxılır. Bu, atmosferdəki inversiya təbəqəsinin pozulmasına və tüstünün dağılmasına kömək edir. Sınaqlar zamanı “Cessna Caravan” təyyarəsi Cənubi Sumatra əyalətinin Palembanq şəhərində yerləşən Sultan Mahmud Badaruddin II Beynəlxalq Hava Limanı üzərində 4 500 fut (təxminən 1 370 metr) yüksəklikdə iki uçuş həyata keçirib. Əməliyyat çərçivəsində atmosferə ümumilikdə 1 600 kiloqram quru buz buraxılıb. Rəsmi məlumatlara əsasən, əməliyyatdan sonra hava limanı ətrafında görünüş məsafəsi 650 metrdən 2 800 metrə yüksəlib. Sınaqların bazar gününədək davam etdirilməsi nəzərdə tutulur. Nəticələr qiymətləndirildikdən sonra texnologiyanın yanğınlardan zərər çəkmiş digər əyalətlərdə də tətbiqi məsələsinə baxılacaq.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR