CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: turizm festivalı

13:24 12.10.2026

Qaxda turizm festivalı keçirilib

73

Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə Qax rayonunda "Şən Bazar" festivalı keçirilib. Crossmedia.az Agentliyə istinadən xəbər verir ki, festivalın məqsədi Qax rayonunun zəngin mədəni-tarixi irsinin, milli adət-ənənələrinin, folklorunun, sənətkarlıq nümunələrinin və yerli qastronomiyasının geniş auditoriyaya tanıdılması, regionun turizm cəlbediciliyinin artırılması, eləcə də yerli iqtisadi fəallığın təşviq edilməsi olub. İki gün davam edən festivalda yerli sənətkarların əl işləri və təbii məhsulları nümayiş etdirilib, qastronomiya təqdimatları və ustad dərsləri təşkil olunub. Bununla yanaşı, festivalda milli musiqi, folklor və rəqs nümunələri nümayiş olunub, uşaqlar üçün yaradıcı proqramlar, eləcə də musiqili-əyləncəli parti proqramı təşkil edilib. Turizm guşəsində isə Qax rayonunun turizm potensialı, marşrutları və görməli məkanları barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Festival ölkənin müxtəlif rayonlarından gələn turistləri və ziyarətçiləri bir araya gətirib, turizm şirkətlərinin Qax rayonuna və bütövlükdə regiona turlar təşkil etməsi üçün əlavə tanıtım imkanları yaradıb. Tədbir çərçivəsində bloqerlər üçün festivalı və Qax rayonunun turistik məkanlarını əhatə edən infotur da təşkil olunub.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR