CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: kənd tibb məntəqələri

16:09 16.10.2026

Enerji böhranı dünyanı yeni iqtisadi tənəzzül təhlükəsi ilə üz-üzə qoyub

65

Dünyada enerji qiymətlərinin kəskin artması inflyasiya təzyiqlərini gücləndirib. Aparıcı ölkələrin mərkəzi bankları qiymət artımının qarşısını almaq üçün faiz dərəcələrini yüksəldərkən, iqtisadi artımın zəifləməsi və tənəzzül riskləri artır. Crossmedia.az xəbər verir ki, “Anadolu” agentliyinin məlumatına görə, İran müharibəsinin yaratdığı enerji böhranı ABŞ, Avropa və Yaponiyada pul-kredit siyasətinə ciddi təsir göstərib. Kardiff Universitetinin iqtisadiyyat üzrə fəxri professoru Hyu Dikson bildirib ki, enerji böhranı ilin əvvəlindən inflyasiya və faiz dərəcələri ilə bağlı gözləntiləri əhəmiyyətli dərəcədə dəyişib. Ekspertin fikrincə, 2027-ci ilə doğru iqtisadi artım zəifləyə, Böyük Yeddilik (G7) ölkələrinin bir neçəsində tənəzzül baş verə bilər. ABŞ-da sentyabr ayında illik inflyasiya avqustdakı 3,4 faizdən 3,7 faizə yüksəlib. Benzinin qiyməti aylıq 9,1 faiz, illik müqayisədə isə 34,2 faiz artıb. Enerji məhsullarının ümumi qiymət artımı 20,4 faiz təşkil edib. ABŞ Federal Ehtiyat Sistemi (FED) sentyabrın 16-da əsas faiz dərəcəsini 0,25 faiz bəndi artıraraq 3,75–4 faiz intervalına çatdırıb. Avrozonada da oxşar vəziyyət müşahidə olunur. Sentyabrda illik inflyasiya 3,8 faizə yüksəlib. Avropa Mərkəzi Bankı (ECB) əsas faiz dərəcələrini 0,25 faiz bəndi artırıb. Qurum 2026-cı ildə inflyasiyanın orta hesabla 3 faiz, 2027-ci ildə isə 2,5 faiz olacağını proqnozlaşdırıb. Böyük Britaniyada Mərkəzi Bank uçot dərəcəsini 3,75 faiz səviyyəsində saxlayıb. Bununla belə, ölkədə inflyasiyanın 2027-ci ilin əvvəlində 4 faizi keçə biləcəyi gözlənilir. Yaponiya Mərkəzi Bankı isə sentyabrın 18-də faiz dərəcəsini 1,25 faizə yüksəldib. Qərar enerji qiymətlərinin artması, yenin ucuzlaşması və inflyasiya gözləntilərinin güclənməsi ilə əsaslandırılıb. Hyu Dikson xəbərdarlıq edib ki, enerji böhranının davam etməsi və geosiyasi qeyri-müəyyənlik mərkəzi bankların qiymət sabitliyini qorumaq imkanlarını çətinləşdirə bilər. Ekspertin sözlərinə görə, faiz dərəcələrinin artırılması inflyasiyanın cilovlanması üçün zəruri olsa da, bu addım iqtisadi fəallığın zəifləməsinə və bir sıra inkişaf etmiş ölkələrdə tənəzzülə səbəb ola bilər.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR