CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: avtomobil istehsalı

22:51 11.10.2026

“Volkswagen”dən Çin avtomobilləri ilə bağlı çağırış

80

Almaniyanın “Volkswagen” avtomobil konserni Avropa İttifaqının yerli istehsalçıları dəstəkləmək və Çin şirkətləri ilə rəqabətdə bərabər şərait yaratmaq təşəbbüsünü dəstəkləyib. Crossmedia.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb. Şirkətin rəhbəri Oliver Blume Parisdə keçiriləcək avtomobil sərgisi ərəfəsində bildirib ki, Avropa avtomobil istehsalçıları Çin rəqibləri ilə bərabər şərtlər əsasında rəqabət aparmalıdırlar. Onun sözlərinə görə, Avropa İttifaqının “Made in Europe” təşəbbüsü regionda real istehsal və iqtisadi dəyər yaradan şirkətləri təşviq etməlidir. Blume qeyd edib ki, yüksək enerji xərcləri, inflyasiya səbəbindən tələbatın azalması və Çin istehsalçılarının güclənməsi Avropa avtomobil sənayesinə ciddi təzyiq göstərir. Bildirilib ki, yeni qaydalar dövlət subsidiyalarının və dövlət satınalmalarının əsasən Avropada istehsal olunan məhsullara yönəldilməsini nəzərdə tutur. “Avropada sərmayə yatıran və istehsalı inkişaf etdirən şirkətlər bunun üstünlüklərini görməlidirlər”, – deyə “Volkswagen” rəhbəri vurğulayıb. Qeyd edək ki, şirkət genişmiqyaslı restrukturizasiya proqramı çərçivəsində 2030-cu ilədək 100 minə qədər iş yerini ixtisar etməyi planlaşdırır. Avropa İttifaqı və Çin arasında hibrid avtomobillərin Avropa bazarına ixracının azaldılması ilə bağlı razılıq da əldə olunub.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR