CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Enerji Effektivliyi Fondu

13:53 20.10.2026

Elektrik xərclərini azaltmaq üçün 210 min manat kredit ayrılıb

57

Azərbaycanda aktiv istehlakçılar günəş panellərinin quraşdırılması məqsədilə 210 min manat güzəştli kredit vəsaiti ayırıb. Crossmedia.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirib. Onun sözlərinə görə, Azərbaycanın energetika sahəsində digər mühüm istiqamət enerji səmərəliliyinə investisiyaların təşviqidir: "Enerji Effektivliyi Fondunun maliyyələşdirmə mexanizmləri təkmilləşdirilib, güzəştli kreditlərin verilməsi üçün 14 kredit təşkilatı ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Artıq aktiv istehlakçılar tərəfindən günəş panellərinin quraşdırılması məqsədilə 210 min manat güzəştli kredit vəsaiti ayrılıb. Bununla yanaşı, enerji səmərəliliyinə yatırılan investisiyaların əldə edilən qənaət hesabına geri qaytarılmasını nəzərdə tutan ESCO modelinin tətbiqi imkanları araşdırılır". Nazir əlavə edib ki, bu mexanizmlər enerji qənaətini həm müəssisələr, həm də istehlakçılar üçün iqtisadi baxımdan daha əlçatan edə bilər: "Enerji səmərəliliyinə nail olunmasında insanların enerji istehlakına münasibətinin dəyişməsi, qənaət mədəniyyətinin formalaşması da mühüm rol oynayır. Məhz buna görə son bir ildə maarifləndirmə və məlumatlandırma tədbirləri genişləndirilib. Bərpa olunan enerji yeni, daha "təmiz enerji" mənbələri yaradırsa, enerji səmərəliliyi həmin enerjidən daha çox dəyər əldə etməyə imkan verir".

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR