CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Aviasiya haqqında qanun

12:26 13.10.2026

Təyyarə heyətinin iş və istirahət vaxtı tənzimlənəcək

196

Azərbaycanda kommersiya uçuşlarını həyata keçirən təyyarələrin heyəti üçün iş, uçuş və istirahət vaxtının tənzimlənməsinə dair ayrıca müddəalar müəyyənləşdirilir. Crossmedia.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə və “Aviasiya haqqında” qanuna dəyişikliklər Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib. Dəyişikliklərə əsasən, heyətin iş və istirahət vaxtı Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartları, tövsiyə olunan təcrübəsi və səlahiyyətli qurumun müəyyən etdiyi qaydalar əsasında tənzimlənəcək. Heyətin iş vaxtı müəyyənləşdirilərkən ardıcıl 7, 14 və 28 gün, həmçinin bir təqvim ili ərzində maksimal iş saatları nəzərə alınacaq. Uçuş vaxtı üçün isə ardıcıl 28 gün, bir təqvim ili və ardıcıl 12 təqvim ayı üzrə maksimal uçuş saatları əsas götürüləcək. Qanuna “uçuş iş vaxtı” anlayışı da əlavə edilir. Bu müddət heyət üzvünün uçuş üçün hava limanına gəldiyi vaxtdan başlayaraq son uçuş başa çatdıqdan sonra təyyarənin yerdə hərəkətinin tam dayandığı anadək olan dövrü əhatə edir. Aviasiya qanunvericiliyi ilə tənzimlənməyən iş və istirahət məsələlərinə Əmək Məcəlləsinin müvafiq normaları tətbiq olunacaq. Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR