CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: 46 oranqutan

13:15 12.10.2026

Alovların arasında qalan 46 oranqutan xilas edildi

60

İndoneziyanın Borneo adasındakı Qərbi Kalimantan əyalətində meşə və torpaq yanğınları nəticəsində təhlükə altında qalan 46 oranqutan xilas edilib. Crossmedia.az xəbər verir ki, bu barədə İndoneziyanın dövlətə məxsus “Antara” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, xilasetmə əməliyyatları avqust ayından oktyabrın 9-dək Qərbi Kalimantan Təbii Sərvətlərin Mühafizəsi Agentliyi və IAR Indonesia Fondu tərəfindən həyata keçirilib. Agentliyin rəhbəri Murlan Dameria Panenin sözlərinə görə, tibbi müayinədən keçirilən səkkiz sağlam oranqutan Ketapanq rayonundakı Batu Nyambu mühafizə meşəsinə köçürülüb. Yanğınlar nəticəsində Ketapanq və Şimali Kayonq rayonlarında geniş meşə sahələri məhv olub. Təbii yaşayış mühitini itirən heyvanlar qida ehtiyatlarının məhdud olduğu plantasiyalarda köməksiz vəziyyətdə qalıblar. Xilas edilənlər arasında palma yağı plantasiyaları ilə əhatələnmiş, cəmi 400 kvadratmetr ərazidə təcrid olunmuş ana oranqutan və onun balası da var. IAR Indonesia Fondunun nümayəndələri bildiriblər ki, bəzi heyvanlar yanıq xəsarətləri, qida çatışmazlığı və ağır anemiya səbəbindən intensiv müalicə alırlar. Mütəxəssislər oranqutanların başqa ərazilərə köçürülməsinin problemi tam həll etmədiyini, onların təbii yaşayış mühitinin qorunmasının vacibliyini vurğulayıblar. Mütəxəssislərin sözlərinə görə, heyvanların təhlükəsiz ərazilərə köçürülməsi ilə yanaşı, meşə yanğınlarının qarşısının alınması və təbii yaşayış mühitinin qorunması da mühüm əhəmiyyət daşıyır.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR