CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: 3 noyabr 2026

12:53 13.10.2026

Tramp üçün kritik 3 noyabr: ABŞ-da Senat uğrunda böyük mübarizə

188

ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilər Konqresdə qüvvələr balansını dəyişə və Prezident Donald Trampın administrasiyasının fəaliyyətinə ciddi təsir göstərə bilər. Crossmedia.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” nəşri məlumat yayıb. Nəşrin təhlilinə görə, seçkilərdə əsas mübarizə ABŞ Konqresinin yuxarı palatası olan Senata nəzarət uğrunda gedir. Respublikaçıların burada çoxluğu itirməsi Tramp administrasiyasının qanunvericilik təşəbbüslərini həyata keçirməsini çətinləşdirə bilər. Hazırda 100 üzvdən ibarət Senatda Respublikaçılar Partiyası 53 yerə nəzarət edir. Demokratların isə onlarla birlikdə səs verən iki müstəqil senator da nəzərə alınmaqla 47 yeri var. Demokratlar Senatda çoxluğu əldə etmək üçün seçkilərdə ən azı dörd əlavə mandat qazanmalıdırlar. Nümayəndələr Palatasında da ciddi rəqabət gözlənilir. Demokratların aşağı palataya nəzarəti ələ keçirmək imkanları artsa da, seçkilərin yekun nəticələri hələ qeyri-müəyyəndir. “Financial Times”ın məlumatına görə, Ayova, Texas və Kanzas kimi ştatlarda Senat uğrunda mübarizənin kəskinləşməsi respublikaçılar üçün əlavə çətinliklər yaradır. Ekspertlər hesab edirlər ki, Senatda çoxluğun dəyişməsi Tramp administrasiyasının qanunvericilik gündəliyinə, yüksək vəzifələrə təyinatların təsdiqlənməsinə və Konqresin nəzarət mexanizmlərinə əhəmiyyətli təsir göstərə bilər. Qeyd edək ki, noyabrın 3-də keçiriləcək aralıq seçkilərdə Nümayəndələr Palatasının bütün üzvləri və Senatdakı yerlərin bir hissəsi uğrunda səsvermə baş tutacaq.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR