CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: 18 milyard lirə

13:05 14.10.2026

Türkiyədə 1,8 milyard lirəlik mərc qalmaqalı – 32 nəfər saxlanıldı

63

Türkiyənin İzmir şəhərində qanunsuz mərc fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən şəxslərə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyat zamanı 32 nəfər saxlanılıb. Crossmedia.az xəbər verir ki, bu barədə İzmir Respublika Baş Prokurorluğunun Media və Kommunikasiya Bürosu məlumat yayıb. Bildirilib ki, İzmir Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları xaricdə qeydiyyatdan keçmiş internet saytları vasitəsilə qanunsuz mərc oyunlarının təşkilinə vasitəçilik edən şəxslərlə bağlı araşdırmalara başlayıblar. Aparılan maliyyə təhlilləri nəticəsində şübhəlilərin üçüncü şəxslərdən əldə etdikləri bank hesablarından qanunsuz mərc əməliyyatlarında istifadə etdikləri müəyyənləşdirilib. Araşdırılan bank hesabları üzrə ümumilikdə təxminən 1 milyard 800 milyon Türkiyə lirəsi həcmində maliyyə əməliyyatının həyata keçirildiyi aşkarlanıb. İstintaq zamanı qanunsuz mərc fəaliyyəti üçün bank hesabları və mobil telefon nömrələri təmin edən, həmin hesabların istifadəsinə vasitəçilik göstərən və mütəşəkkil şəkildə fəaliyyət göstərən şəxslər müəyyən edilib. Bununla əlaqədar İzmir də daxil olmaqla Türkiyənin dörd vilayətində eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat nəticəsində 32 şübhəli saxlanılıb. Onların ünvanlarında aparılan axtarışlar zamanı çoxsaylı rəqəmsal məlumat daşıyıcıları və elektron avadanlıqlar götürülüb. Hazırda axtarışda olan daha iki şübhəlinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR