CROSSMEDIA - Analitik İnformasiya Portalı

Cəmiyyət

16:32 15.10.2026

BMT və AQEM qlobal çağırışların həlli üçün əməkdaşlığı gücləndirir

7

Birləşmiş Millətlər Təşkilatı (BMT) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) regional və qlobal çağırışların həlli üçün əməkdaşlığı gücləndirir. Crossmedia.az xəbər verir ki, bunu BMT-nin Baş katibinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi və Mərkəzi Asiya üçün Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin rəhbəri Kaxa İmnadze Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında deyib. Onun sözlərinə görə, BMT ilə AQEM arasında uzun illərə əsaslanan münasibətlər mövcuddur. Təşkilat Asiyanın müxtəlif ölkələrini birləşdirir və tamhüquqlu beynəlxalq regional təşkilata çevrilməyi hədəfləyir. "BMT-nin mərkəzi rol oynadığı çoxtərəfliliyin möhkəmləndirilməsində AQEM-in rolu və töhfəsi bu gün heç vaxt olmadığı qədər əhəmiyyətlidir", – İmnadze qeyd edib. O vurğulayıb ki, BMT Nizamnaməsi və orada təsbit olunmuş fundamental prinsiplər fikir ayrılıqlarının və münaqişələrin artdığı bir şəraitdə mövcud və yeni yaranan çağırışlara qarşı birgə səylərin səfərbər edilməsi üçün əsas rolunu oynayır. İmnadze həmçinin Mərkəzi Asiya dövlətlərinin dialoqa, əməkdaşlığa və regional problemlərin həlli yollarının birgə axtarışına sadiq olduqlarını bildirib. O, 2025-ci ilin martında Qırğızıstanla Tacikistan arasında sərhədlə bağlı əldə olunan razılaşmanı buna nümunə göstərərək, onu regionda davamlı sülhə doğru atılmış mühüm addım adlandırıb. Regional əməkdaşlığın perspektivlərindən danışan BMT nümayəndəsi nəqliyyat dəhlizlərinin, ticarət marşrutlarının, enerji əlaqələrinin və rəqəmsal şəbəkələrin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu əlaqələr təkcə iqtisadi inteqrasiyaya deyil, həm də dialoqun və qarşılıqlı anlaşmanın inkişafına töhfə verir.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR