ŞAD XƏBƏR - Pensiyalar artacaq
Son illər Azərbaycanda pensiya sisteminin təkmilləşdirilməsi və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə qəbul edilən qərarlar xüsusilə ailə başçısını itirmiş şəxslərin sosial təminatının yaxşılaşdırılmasına xidmət edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vəfat etmiş şəxsin topladığı pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması zamanı nəzərə alınacaq. Bu dəyişiklik pensiya kapitalının istifadə mexanizmi ilə bağlı yeni yanaşma formalaşdırır və onun sosial rifaha təsiri ilə bağlı müxtəlif suallar yaradır. Qərarın mahiyyəti, əhəmiyyəti və ailələrin sosial təminatına verəcəyi töhfə ilə bağlı suallar yaranır.
Mövzu ilə
bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun
“İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor
Rəsmiyyə Abdullayeva bildirib ki, “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən, vəfat etmiş şəxsin topladığı pensiya kapitalı
ailə başçısını itirməyə görə əmək pensiyası hüququ qazanan ailə üzvlərinin
pensiyasının hesablanmasında nəzərə alınır: “Lakin mövcud qanunvericilikdə həmin
kapitalın birbaşa nağd şəkildə vərəsələr arasında bölüşdürülməsi mexanizmi nəzərdə
tutulmayıb”.
Professor qeyd edib ki, ölkəmizdə işləyən vətəndaşları düşündürən əsas məsələlərdən biri də pensiya kapitalının tam və ya qismən vərəsələrə ötürülməsi ilə bağlıdır. Onun sözlərinə görə, Azərbaycanda vəfat edən kişilər arasında pensiya yaşına çatmayanların xüsusi çəkisi kifayət qədər yüksəkdir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstərici təxminən 43 faiz təşkil edir. Bir sıra ölkələrdə ağır və sağalmaz xəstəlik hallarında vətəndaşlara pensiya yığımlarının müəyyən hissəsini vaxtından əvvəl istifadə etmək imkanı yaradılır. Bəzi hallarda isə ipoteka kreditlərinin ödənilməsində çətinlik yarandıqda pensiya vəsaitindən qismən istifadə mexanizmləri tətbiq edilir. Bununla belə, tam məbləğin çıxarılmasına icazə verilmir, çünki bu, pensiya sisteminin maliyyə dayanıqlığı üçün risk hesab olunur. Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığı son illərdə yaxşılaşsa da, Fond hələ də dövlət büdcəsindən müəyyən səviyyədə asılıdır. Onun sözlərinə görə, son dövrlərdə DSMF-nin sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi müsbət tendensiya hesab oluna bilər. Eyni zamanda dövlət büdcəsindən ayrılan transfertlərin həcmi də mərhələli şəkildə azalır”.

Professor
bildirib ki, Dövlət Sosial Müdafiə Fondu mahiyyət etibarilə yığım prinsipi əsasında
fəaliyyət göstərən və uzunmüddətli perspektivdə özünü maliyyələşdirən quruma
çevrilməli olan sistemdir. Bunun əsas şərtlərindən biri isə qeyri-formal məşğulluğun
minimuma endirilməsidir. Son illərdə bu istiqamətdə müxtəlif strategiyalar və nəzarət
mexanizmləri tətbiq olunur. Xüsusilə pandemiya dövründə həyata keçirilən sosial
dəstək tədbirləri qeyri-formal məşğulluğun real miqyasının müəyyən edilməsinə və
bu sahədə şəffaflığın artmasına təsir göstərib. Əgər əmək resursları tam şəkildə
formal əmək bazarına cəlb edilərsə, DSMF-nin maliyyə imkanları daha da genişlənə
bilər. Bu isə həm Fondun maliyyə dayanıqlığının güclənməsinə, həm də
pensiyaçıların sosial müdafiəsinin daha da yaxşılaşmasına şərait yaradar”.
Ayhan
16:30 01.07.2026
Oxunuş sayı: 50