"Sabah" Avstriyada ilk yoxlama oyununu keçirib
Yeni mövsümə hazırlığı Avstriyada davam etdirən "Sabah" bu gün ilk yoxlama görüşünü keçirib.
Crossmedia. az xəbər verir ki, Azərbaycan çempionu Rumıniya təmsilçisi "Universitatya" ilə üz-üzə gəlib.
Görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Valdas Dambrauskasın baş məşqçi olduğu komanda iyunun 28-də "Ferentsvaroş" (Macarıstan), iyulun 2-də isə "Polissya" (Ukrayna) komandaları ilə qarşılaşacaq.
22:50 24.06.2026
Oxunuş sayı: 57