Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
İyunun 12–14-də Bolqarıstanın Plovdiv şəhərində keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunda iştirak edən Azərbaycan idmançıları uğurla çıxış ediblər.
Crossmedia.az xəbər verir ki, ölkəmizi təmsil edən Ziya Məmmədzadə və Nurlan Paşayev yüngül çəkidə 2 nəfərlik qayıqda üçüncü yeri tutublar.
Ziya–Nurlan cütlüyü 2000 metr məsafədə finiş xəttini üçüncü keçərək bürünc medala sahib olublar.
20:53 13.06.2026
Oxunuş sayı: 46