Bakıda Heydər Əliyevin 103 illiyinə həsr olunmuş Alpaqut üzrə Açıq Bakı turniri keçirilib
Bakı şəhəri Balaxanı İdman Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Alpaqut Turan döyüş sənəti üzrə Açıq Bakı Turniri keçirilmişdir.
Yarışda 15 komandanı təmsil edən 300 idmançı iştirak edərək Ayça, Batur, Caymaz və Qurşaq sistemləri üzrə mübarizə aparmışlar. Bu dörd sistem idmançıların həm texniki, həm taktiki, həm də fiziki hazırlığını hərtərəfli yoxlamağa imkan verir.
Turnir Azərbaycan Milli İdman Növləri Assosiasiyasının və Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi, Dünya Alpaqut Federasiyasının Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilmişdir.
Yarışın hakim heyətinə baş hakim Elsəvər Puri, baş katib Rafiq Qasımov rəhbərlik etmiş, turnirin direktoru vəzifəsini Şahlar Vəliyev icra etmişdir. Yarış Bakı Şəhər Gənclər və İdman İdarəsinin İdman Sektorunun baş məsləhətçisi Cəlil Əlizadənin nəzarəti altında keçirilmişdir.
Açıq Bakı Turniri Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anmaqla yanaşı, milli idman növlərinin gənc nəsil arasında təbliği və Türk mədəni-idman irsinin yaşadılması istiqamətində mühüm bir tədbir olmuşdur.
10:13 18.05.2026
Oxunuş sayı: 44