Bu gün metroda qatarlar gecikəcək
Bu gün Bakı Metropolitenində bütün xətlər üzrə qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təşkil olunacaq.
"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, bu səbəbdən 22 aprel tarixində bütün xətlər üzrə qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təşkil olunacaq.
Qatarların hərəkət intervalları belə müəyyən edilib:
“Əhmədli–28 May” xətti üzrə – 2 dəqiqə 30 saniyə
“28 May–Dərnəgül” xətti üzrə – 5 dəqiqə
“28 May–İçərişəhər” xətti üzrə – 5 dəqiqə
Digər istiqamətlər üzrə hərəkət cədvəlləri buradan https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli
Qeyd edilib ki, Bakı Metropolitenində ötən gün baş verən texniki insidentlə bağlı ətraflı araşdırmalar davam etdirilir. Hadisənin ilkin qiymətləndirilməsi aparılıb və müvafiq texniki və təşkilati yoxlamalar həyata keçirilir.
Xatırladaq ki, ötən gün 12:10 radələrində metroda texniki nasazlıq yaranıb və bütün stansiyalara giriş dayandırılıb. Bir saatdan sonra problem aradan qaldırılıb, stansiyalara giriş bərpa edilib.
08:03 22.04.2026
Oxunuş sayı: 559