Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş minifutbol idman növü üzrə yarışa start verilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışlarının “minifutbol” idman növü üzrə açılış oyunu baş tutub.
18.04.2026-cı il tarixində Bakı Dövlət Universitetinin futbol stadionunda baş tutan açılış oyununda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, idman klublarının rəhbərləri və yarış iştirakçıları iştirak edib.
Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov çıxış edərək ölkəmizdə aparılan uğurlu idman siyasətindən bəhs ediblər. Qeyd olunub ki, Azərbaycanda müasir idman siyasətinin əsasları Ümummilli Lider Heydər Əliyevin uzaqgörən strateji kursu ilə qoyulmuşdur. Bu gün Yasamal rayonunda Ulu Öndərin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsi həmin tarixi irsə olan sonsuz ehtiramın göstəricisidir. Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə start götürən bu yarışlar gənclər arasında idmanın kütləviliyini təmin edir. Ulu Öndərin müəyyən etdiyi bu uğurlu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək davam etdirilir. Dövlət başçısı tərəfindən idman siyasətinin müasir dövrün tələblərinə uyğun inkişaf etdirməsi sayəsində Azərbaycan qlobal miqyasda idman ölkəsi kimi tanınır. Yasamal rayonunda keçirilən silsilə idman yarışları da məhz bu uğurlu idman siyasətinin real nəticələrindəndir. Bu yarışlar qələbə uğrunda mübarizədən əlavə dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin ideyaları ətrafında sıx birləşməyin bir rəmzidir. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin zirvələrə daşıdığı idman siyasəti Azərbaycanın parlaq gələcəyini təmin edən ən uğurlu strategiyalardan biridir. Çıxışların sonunda yarış iştirakçılarına uğurlar arzulanıb.
Qeyd edək ki, minfubol yarışının növbəti mərhələsi 25.04.2026-cı il tarixində, final mərhələsi isə 04.05.2026-cı il tarixində baş tutacaq.
13:55 20.04.2026
Oxunuş sayı: 77