Xəzər dənizində 3,3 bal gücündə zəlzələ olub
Bu gecə Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3,3 olan zəlzələ yerli vaxtla saat 02:17-də qeydə alınıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 12 kilometr olub.
Qeyd edək ki, aprelin 8-də Xəzər dənizində bir neçə dəfə zəlzələ qeydə alınıb.
08:03 09.04.2026
Oxunuş sayı: 50