Aİ İranı "sıxmağa" davam edir
Avropa İttifaqı (Aİ) İranı məsuliyyətə cəlb etməyə davam edir.
Crossmdia.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X"də yazıb.
"Bu gün Aİ üzv dövlətlərinin səfirləri ciddi insan haqları pozuntularında məsul olan 19 rejim rəsmisi və qurumunu hədəf alan yeni sanksiyaları təsdiqləyiblər. İran müharibəsi davam etdikcə, Aİ öz maraqlarını qoruyacaq və daxili repressiyalara görə məsul olanları təqib edəcək. Bu, həmçinin Tehrana İranın gələcəyinin repressiya üzərində qurulmaması mesajını göndərir", - o bildirib.
15:53 11.03.2026
Oxunuş sayı: 50