İş Adamları Cəmiyyəti Xocalı abidəsini ziyarət etdi
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar, fevralın 26-da İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyəti, üzvləri və əməkdaşları “Ana harayı” abidəsini ziyarət ediblər.
Ziyarət zamanı abidənin önünə gül dəstələri düzülüb və Xocalı qurbanlarının əziz xatirəsi dərin ehtiram və hüznlə yad edilib.
Bu tədbir, Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşatmaq və ictimaiyyətin diqqətini bu faciəyə yönəltmək məqsədi daşıyıb.
22:01 26.02.2026
Oxunuş sayı: 644