Olimpiadada qayda pozuntusu: Darya Nepryaevanın nəticəsi ləğv olundu
Qış Olimpiya Oyunlarında marafon yarışında çıxış edən rusiyalı xizəkçi Darya Nepryaevanın nəticəsi qayda pozuntusuna görə ləğv edilib. Məlumata görə, idmançı 21,6 km məsafəni keçdikdən sonra səhvən almaniyalı rəqibinin boksuna daxil olub və yarışın böyük hissəsini ona məxsus xizəklərlə davam etdirib.
Qaydalara əsasən, iştirakçılar yalnız öz avadanlıqlarından istifadə etməlidirlər. Bu səbəbdən Nepryaevanın 11-ci yer nəticəsi etibarsız sayılıb. Almaniyalı idmançı isə yarışı 9-cu pillədə başa vurub.
Nepryaeva hadisəni şərh edərək bildirib ki, xizəklərin ona məxsus olmadığını anlayanda təşvişə düşüb və nə edəcəyini bilməyib. O, baş verənlərə görə utandığını qeyd edib.
Qeyd edək ki, məsələ beynəlxalq idman ictimaiyyətində müzakirələrə səbəb olub.
08:06 23.02.2026
Oxunuş sayı: 485