Ailəsi qadının meyitini buradan tapdı
Şəkidə evin həyətindən qadın meyiti tapılıb.
Crossmedia.az xəbər verir ki, hadisə Qoxmuq kəndində qeydə alınıb.
Kənd sakini 51 yaşlı Zərifə Səməd qızı Dadaşovanın meyiti yaşadığı evin həyətində aşkarlanıb. Mərhumun hansı səbəblə öldüyü bilinmir.
Məlumata görə, Z. Dadaşova ruhi xəstə olub. Onun meyitini ailə üzvləri aşkar ediblər.
Araşdırma aparılır.
20:17 21.02.2026
Oxunuş sayı: 596