Milli Məclis “İmprotex Motors”la 2,2 milyonluq müqavilə
Son günlər bir sıra xəbər saytlarında Azərbaycan
Respublikası Milli Məclisi ilə “İmprotex Motors” MMC arasında Milli Məclisin nəqliyyat
vasitələrinə texniki xidmət göstərilməsinə
dair bağlanmış müqavilə barədə məlumatlar yayılmışdır. Həmin xəbərlərdə müqavilənin
maliyyə dəyərinin 2 milyon 282 min 605 manat olduğu iddia edilir.
Bununla bağlı bildiririk ki, yayılan məlumat
həqiqəti əks etdirmir.
Bildiririk ki, tərəflər arasında bağlanmış
müqaviləyə əsasən “İmprotex Motors” MMC Milli Məclisin rəsmi zəmanətdə olan nəqliyyat
vasitələrinə yağ və sürtkü materiallarının dəyişdirilməsi, ehtiyat hissələrinin
təmin olunması, eləcə də müvafiq servis xidmətlərinin göstərilməsini həyata
keçirəcək. Müqavilənin ümumi məbləği isə 22 min 826 manat təşkil edir.
Milli Məclisin Mətbuat
və
ictimaiyyətlə əlaqələr şöbəsi
10:55 21.02.2026
Oxunuş sayı: 1642