Türkiyə İranı buna görə qorumağa çalışır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana qarşı hərbi münaqişənin heç bir tərəfə fayda gətirməyəcəyini və nəticədə bütün regionun zərər görəcəyini bildirib. Bu barədə məlumat xarici mediaya istinadla yayımlanıb.
Ərdoğan əlavə edib ki, Türkiyə bütün tərəflərə qarşı hər hansı hərbi müdaxiləyə qarşıdır və onun açıqlamaları regionda gərginliyin artmasının qarşısını almaq məqsədini daşıyır.
Məsələ ilə bağlı politoloq Əhəd Məmmədli Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"TÜRKİYƏ regionda yaranan istənilən gərginliyə həmişə müsbət yöndə tövhə verməyə çalışır. İndiki dövrdə ölkə Suriyadan və İrandan gələn qaçqınların yaratdığı problemlərlə də üzləşir. Bu qaçqınlar yeni yerləşsələr də, bölgədə vəziyyətə təsir edir və işləri bir qədər də çətinləşdirir.
Əgər İranda böyük bir münaqişə baş verərsə, bunun Türkiyəyə təsirləri ciddi ola bilər. Türkiyə, İsrail və digər regional məsələlərdə narahatlıq keçirir. Bu sistemin sabitliyi İsrail və Türkiyə arasındakı əlaqələrə də təsir edir.
Buna görə Türkiyə qarşılaşa biləcəyi hər hansı çətinliyi minimuma endirmək üçün tədbirlər görməyə çalışır. Əgər İrana qarşı hərbi müdaxilə olmasa belə, Türkiyə bu məsələlərdə öz mövqeyini qorumağa çalışır.
Hazırda vəziyyət bu mövqedədir və Türkiyə qarşılaşa biləcəyi təhlükələri nəzərə alaraq hərəkət edir. Bəs Türkiyənin göstərdiyi münasibətin qarşılığını İran göstərirmi? Xeyr göstərmir. Buna rəğmən Türkiyə öz böyüklüyünü nümayiş etdirərək, İranı zərbələrdən qorumağa çalışır".
Elmir Heydərli
11:12 20.02.2026
Oxunuş sayı: 592