Naxçıvan atleti ölkə üzrə rekord nəticə göstərib
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə qapalı məkanda atletika üzrə Azərbaycan çempionatına start verilib.
Crossmedia-az xəbər verir ki, Bakı Atletika Mərkəzində keçirilən ölkə birinciliyində Bakı, Gəncə, Bərdə, İsmayıllı, Gədəbəy, Xızı və Ordubadı təmsil edən 160-a yaxın atlet mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikasını yarışda “Ordubad” komandasının üzvləri Əmrah Nağıyev, Namiq Babayev və Emin Abbasov təmsil ediblər. Onlar yarışın yekununda 1 qızıl və 2 gümüş medal qazanıblar.
Əmrah Nağıyev 3000 metr məsafəyə qaçışda bütün rəqiblərini geridə qoyaraq finişə birinci çatıb və 9:42.45 nəticə ilə qızıl medala layiq görülüb. Namiq Babayev isə 800 və 1500 metr məsafələrdə gümüş medal əldə edib. O, eyni zamanda, 800 metr məsafədə 1:59.02 nəticə göstərərək, 18 yaşadək idmançılar arasında qapalı məkanda ölkə rekordunu yeniləyib.
19:37 08.02.2026
Oxunuş sayı: 424