Yasamal rayonunda 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibəti ilə fəal gənclərlə tədbir keçirilib. YAP Yasamal rayon təşkilatı tərəfindən təşkil olunmuş tədbirdə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov, YAP Yasamal rayon təşkilatının əməkdaşları və YAP Yasamal rayon təşkilatının fəal gəncləri iştirak edib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan Respublikasının banisi Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev 2 Fevral-Azərbaycan Gəncləri Gününün əhəmiyyətindən bəhs edib. Çıxışda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən bəhs edən Bəxtiyar Nəbiyev qeyd edib ki, dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsidir: "Həmin sahədə keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri biləvasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir". Bəxtiyar Nəbiyev qeyd edib ki, vətənpərvərlik tərbiyəsi həmçinin gənc nəslin mənsub olduğu milli dəyərlərə, tarixi ənənələrə bağlılığını da özündə ehtiva edir: "Vətənin tarixi keçmişini dərindən bilmək, milli dəyərlərinə sahib olmaq, adət-ənənələrini öyrənmək, maddi və mənəvi sərvətlərini qorumaq vətənpərvər insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdəndir. Bu keyfiyyətləri gənclərə aşılamaq üçün isə gənc nəslin tarixi yerlərə gəzintisini təşkil etmək, tarixi günlərə həsr olunmuş tədbirlər keçirmək böyük əhəmiyyət kəsb edir". Bütün bunlar öz təsdiqi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfərlərdə gənc nəslin yüksək səviyyəli rolunda tapıb. Ümumiyyətlə dövlət gənclər siyasəti gənclərin intellektual, kreativ və mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərin həllinə, faydalı məşğulluğun təmin edilməsinə imkan yaradır. Gənclərimiz Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman diqqət mərkəzindədir və görülən işlər, əldə olunan nəaliyyətlər bunun bariz göstəricisidir. Çıxışının sonunda Bəxtiyar Nəbiyev 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibəti ilə gəncləri təbrik edib.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova çıxış edərək ilk öncə görüş iştirakçılarına Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun salamını və bu əlamətdar gün münasibəti ilə təbrikini çatdırıb. Qeyd olunub ki, 2 Fevral tarixində qeyd olunan Azərbaycan Gəncləri Günü gənclərin cəmiyyətin ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı mühüm rolunu vurğulamaq üçün xüsusi əhəmiyyət daşıyır. Bu əlamətdar gün gənclərin potensialını reallaşdırmaq və onlara göstərilən dövlət qayğısını ön plana çıxarmaq məqsədilə müəyyən edilib. Dövlət gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin diqqətində olub. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ümummilli Lider gənc nəslə qayğısını əsirgəməmişdir. Bu gün isə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti dövlətin əsas prioritet istiqamətlərindən biri olaraq qalmaqdadır. 2 Fevral – Azərbaycan Gəncləri Günü həm də dövlətin gənclərə verdiyi dəyərin, onların inkişafına yaradılan şəraitin və gələcəyə olan inamın təcəssümüdür. Gənclər cəmiyyətin gələcəyini formalaşdırır. Onların enerji, bilik və təşəbbüskarlığı cəmiyyətin hərtərəfli inkişafını təmin edir. Daima Azərbaycan gənclərini dəstəkləyən Prezident cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyətinə yüksək diqqət verməsi isə hər bir gənci ruhlandırır. Bildirilib ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazdılar. Onların cəsarəti sayəsində əldə olunan bu Zəfər sayəsində xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Ramilə Bədəlova çıxışın sonunda əlmatdar gün münasibəti ilə gəncləri təbrik edib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov çıxış edərək bildirib ki, Azərbaycanda səmərəli və məqsədyönlü dövlət gənclər siyasəti uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasət Azərbaycan gəncliyinin fiziki, mənəvi və intellektual inkişafını təmin edib. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, ölkəmizdə Gənclər Gününün təsis edilməsi və digər mühüm əhəmiyyətə malik olan tədbirlər də bu kontekstdə xüsusi vurğulanmalıdır. Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycan dövləti gənclərin milli ruhda tərbiyə almalarına xüsusi diqqət yetirir və həyata keçirilən məqsədyönlü tədbirlər məhz bu amala xidmət edir. Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycan dövləti gənclərin milli ruhda tərbiyə almalarına xüsusi diqqət yetirir və həyata keçirilən məqsədyönlü tədbirlər məhz bu amala xidmət edir.Bu baxımdan, əldə olunan tarixi Qələbələrdə gənclərin rolu həlledici oldu. Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənc nəslə qayğısının nəticəsi idi. Göydəniz Qəhrəmanov çıxışın sonunda əlmatdar gün münasibəti ilə gəncləri təbrik edib.
Sonda çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov qeyd edib ki, Azərbaycan gəncliyi hər zaman ölkəmizin ictimai-siyasi həyatında lokomotiv rolunu oynayaraq dövlətçiliyin qurulması, möhkəmləndirilməsi və inkişafı mərhələsində öz bilik, bacarıqları ilə bu proseslərdə iştirak edib, Vətənə, dövlətə bağlılığını, eləcə də Vətənin qorunmasınınən ali hədəf olduğunu bu uzun müddət ərzində mənimsəmişdir. Keçən müddət ərzində Azərbaycan gəncliyi vətənpərvərlik, dövlətə sədaqət, intellekt, dünyagörüşü, habelə ictimai-siyasi məsələlərə fəal yanaşma baxımından çox yüksək səviyyədə inkişaf etmişdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda qəhrəmancasına vuruşan igid gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Əminliklə deyə bilərik ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin dinamik inkişafı nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. İnanırıq ki, Azərbaycanın gənclər ordusu göstərilən etimadı yüksək dəyərləndirərək, Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcək və yeni-yeni uğurlar qazanacaq. Bəxtiyar İslamov çıxışın sonunda əlmatdar gün münasibəti ilə gəncləri təbrik edib.
Çıxışlardan sonra 2 Fevral- Azərbaycan Gəncləri Günü və Partiyada ictimai-siyasi fəaliyyətinə görə bir qrup gəncə fəxri fərman təqdim edilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
17:52 31.01.2026
Oxunuş sayı: 679