"Yeni Sabah" xəbər portalının fəaliyyətə başlamasından 7 il ötür
Bu gün "Yeni sabah" xəbər portalının 7 yaşı tamam olur.
2019-cu il yanvarın 25-dən etibarən oxucu auditoriyasının etimadını qazanan “Yeni Sabah” bu illər ərzində siyasət, iqtisadiyyat, sosial və mədəni həyat, idman, şou-biznes və digər sahələr üzrə operativ xəbərləri, eləcə də analitik yazı və ekspert rəylərini oxuculara təqdim etməklə media məkanında özünəməxsus yer tutub. Portal ölkə və dünya gündəmində baş verən mühüm hadisələri peşəkar yanaşma ilə işıqlandırmağı bacarıb.
Yenisabah.az domeni ilə yanaşı, sosial media platformalarında da fəal fəaliyyəti ilə seçilən portal Facebook, Instagram, Telegram, TikTok və YouTube üzərindən gün ərzində yüzlərlə xəbər, foto və video materialı ictimaiyyətə çatdırır.
Ölkədə media üçün yaradılmış əlverişli mühitdən səmərəli istifadə edən “Yeni Sabah” dövlət dəstəyini daim hiss edib. Medianın İnkişafı Agentliyinin onlayn media subyektləri üçün keçirdiyi müsabiqələrdə mütəmadi qalib olması portalın maddi-texniki bazasının güclənməsinə və fəaliyyətinin genişlənməsinə mühüm töhfə verib.
Yenilənmə və inkişafı əsas prinsip kimi qəbul edən “Yeni Sabah”ın bundan sonra da oxucu etimadını doğruldacağına inanırıq. Kollektivə peşəkar fəaliyyətində yeni uğurlar, davamlı inkişaf və geniş oxucu auditoriyası arzulayırıq.
Bir daha 7 illik yubiley münasibətilə təbrik edir, media fəaliyyətinizdə daim zirvədə olmağınızı diləyirik!
Ayhan
13:12 25.01.2026
Oxunuş sayı: 570