Magistraturada esse yazısı zərurətdir: Minimum bal tələbi niyə vacibdir?
Magistratura səviyyəsində təhsil almaq istəyən namizədlərin ingilis dili biliklərinin qiymətləndirilməsi zamanı esse yazısı əsas və ayrılmaz komponent hesab olunur. İngilis dilinin tədrisində writing skills, yəni yazı bacarığı, yalnız dilin öyrənilməsi baxımından deyil, həm də tələbənin düşünmə, analiz etmə və fikirlərini sistemli şəkildə akademik üslubda ifadə etmə qabiliyyətinin göstəricisi kimi önəmlidir. Bu səbəbdən esse yazısı ingilis dilini öyrənən hər bir şəxs üçün fundamental və vacib qaydalardan biri sayılır.
İngilis dili tədrisində esse yazıları formal və informal olmaqla iki əsas kateqoriyaya bölünür. Tədris mərkəzlərində, o cümlədən Ingla School-da, şagirdlər həm akademik (formal), həm də gündəlik ünsiyyətə uyğun (informal) yazı bacarıqlarını öyrənirlər. Bu yanaşma tələbələrə dili yalnız nəzəri baxımdan deyil, həm də praktik və funksional şəkildə istifadə etmə imkanı verir. Şagirdlərin yazı bacarıqlarının inkişafını təmin etmək məqsədilə mərkəzdə hər ayın ilk həftəsi esse müsabiqəsi keçirilir və səviyyələr üzrə qaliblər seçilir.
Dərslərimizin əsas komponentlərindən reading, vocabulary və listening bacarıqlarına necə xüsusi diqqət yetiririksə, writing və esse yazılarına da eyni həssaslıqla yanaşırıq. Yazı bacarığı olmadan ingilis dilində tam və effektiv akademik fəaliyyət göstərmək mümkün deyil. Xüsusilə magistratura səviyyəsində yazılmış esse tələbənin akademik hazırlıq səviyyəsini açıq şəkildə ortaya qoyur və onun elmi, analitik düşüncə qabiliyyətini nümayiş etdirir.
Bu baxımdan, esse yazısı üzrə minimum bal tələbinin tətbiqi yalnız obyektiv qiymətləndirmə mexanizmi deyil, eyni zamanda magistratura təhsilinin keyfiyyətinin qorunması və inkişafı baxımından da son dərəcə vacib və doğru addımdır. Belə bir tələbin mövcudluğu tələbələrin akademik standartlara uyğun hazırlıq səviyyəsini təmin etməklə, ingilis dili bacarıqlarının yüksəldilməsinə və təhsil sisteminin inkişafına töhfə verir.

Əzizə Fətullayeva
"İngla School Baku"nun direktoru
12:56 22.01.2026
Oxunuş sayı: 3285