Ərdoğanın oğlu Gəncədə Şəhidlər Xiyabanını ziyarət edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan, yanvarın 20-də Ümumxalq Hüzn Günündə Gəncədəki Şəhidlər Xiyabanını ziyarət edib.
Məlumata görə, Bilal Ərdoğan şəhidlərin məzarları üzərinə əkillər qoyub. Ziyarət mərasimində şəhid ailələri, veteranlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Mərasim zamanı Müsəlmanlar İdarəsinin Gəncə bölgəsi üzrə qazisi Hacı Tahir Abbasov Bilal Ərdoğana Quran hədiyyə edib.
13:07 20.01.2026
Oxunuş sayı: 1163