İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərmivəsində YAP Yasamal rayon təşkilatı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin
direktoru, ərazi partiya təşkilatının sədri Səbinə Babazadə, YAP Yasamal rayon
təşkilatının sədr müavini Elnarə Mustafayeva, YAP Yasamal rayon təşkilatı, Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları
və Partiya üzvləri iştirak edib.
Tədbirdən öncə 20 Yanvar şəhidlərinə həsr olunmuş abidə ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək, şəhidlərin əziz xatirələri yad edilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin və 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş videoçarx nümayiş olunub.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru, ərazi partiya təşkilatının sədri Səbinə Babazadə açılış nitqi ilə çıxış edərək bildirib ki, 20 Yanvar şəhidlərinin yeni nəsil üçün qəhrəmanlıq, Vətənə sədaqət rəmzi olduğunu vurğulayıb. 1990-cı ilin qanlı 20 Yanvar faciəsindən artıq 36 il ötür, lakin bu dəhşətli hadisə Azərbaycan xalqının yaddaşından heç vaxt silinmir. Azadlıq və istiqlaliyyət uğrunda meydanlara çıxan dinc əhaliyə qarşı törədilən bu qanlı aksiya insanlığa qarşı ağır cinayət idi. Qanlı yanvar hadisələrində səhiyyə işçilərinin şücaəti və fədakarlığından söz açan S.Babazadə bu birliyin, qəhrəmanlığın gənclərimizdə iradə, qorxmazlıq, doğma torpaq uğrunda hər an döyüşə atılmaq kimi keyfiyyətlərin təşəkkül tapmasında böyük rol oynadığını bildirib. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim uca tutur və Şəhidlər Xiyabanını hər zaman ziyarət edir20 Yanvar faciəsində şəhid olanların xatirəsinə ən böyük abidə isə heç şübhəsiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi Şanlı Qələbələrdir.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək bildirib ki, Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsindən 36 ildən çox vaxt keçməsinə baxmayaraq, bu hadisə öz tarixi və siyasi əhəmiyyətini itirməyib. Həmin gecə azadlıq arzusu ilə ayağa qalxan xalqın üzərinə sovet ordusu yeridildi. Dinc əhaliyə qarşı törədilən bu qanlı aksiya dövlət terrorunun açıq nümunəsi idi. Bakıda baş verən hadisələr beynəlxalq insan haqları normalarının kobud şəkildə pozulması ilə müşayiət olundu. 1990-cı il yanvarın 21-də Ulu Öndər Heydər Əliyevin Moskvada verdiyi bəyanat sovet rejiminə qarşı cəsarətli etiraz kimi tarixə düşdü. O, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayəti açıq şəkildə pislədi. 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət də məhz onun təşəbbüsü ilə verildi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1990-cı ildə qəbul etdiyi qərar bu mövqenin davamı oldu. Ulu Öndər Prezident seçildikdən sonra məsələyə dövlət səviyyəsində yenidən baxıldı. 1994-cü ilin martında Milli Məclis faciə ilə bağlı xüsusi qərar qəbul etdi. Bununla da 20 Yanvar hadisələri tam siyasi-hüquqi qiymətini aldı. Azərbaycan xalqı şəhidlərin xatirəsini daim ehtiramla yad edir. Bu xatirənin ən möhtəşəm təcəssümü isə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Qələbələrdir ki, bunula da bütün şəhidlərimizin qisası alındı.
Ərazi partiya təşkilatının sədr müavini, mərkəzin əməkdaşı Nərmin Azadova bildirib ki, tariximizin 1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olaraq tarixdə qalır. Azadlıq və müstəqillik uğrunda mübarizə aparan dinc əhaliyə qarşı həyata keçirilən bu qanlı əməliyyat sovet rejiminin əsl mahiyyətini üzə çıxardı. Hadisələr beynəlxalq insan haqları prinsiplərinin açıq şəkildə pozulması idi. Ulu Öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Moskvada verdiyi bəyanat bu faciəyə ilk siyasi qiymət oldu. Sonradan onun təşəbbüsü ilə 20 Yanvar hadisələri dövlət səviyyəsində siyasi-hüquqi baxımdan qiymətləndirildi. Bu gün artıq bütün şəhidlərimizin qisası şanlı Qələbələr nəticəsinə alınıb.
16:28 19.01.2026
Oxunuş sayı: 1991