Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha bir matç keçirilib
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha bir matç keçirilib.
Crossmedia-az xəbər verir ki, VIII turdan təxirə salınmış görüşdə "Gənclər" "Abşeron"la üz-üzə gəlib.
Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunan oyun "Abşeron"un 3:0 (25:17, 25:16, 25:13) hesablı qələbəsi ilə başa çatıb.
20:19 18.01.2026
Oxunuş sayı: 1032