"Sabah" basketbol komandası Çempionlar Liqasında qələbə qazanıb
"Sabah" basketbol komandası Çempionlar Liqasında növbəti oyununa çıxıb.
Bakıda Çexiyanın "Nimburk" klubu ilə üz-üzə gələn Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 105:87 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Sabah" B qrupunda 6 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb. Çexiya təmsilçisi 6 xalla üçüncüdür. Fransanın "Elan Şalon" kollektivi 8 xalla liderdir. Almaniyanın "Alba" (Berlin) komandası isə 7 xalla ikinci sıradadır.
22:15 09.12.2025
Oxunuş sayı: 949