17 noyabr - "525-ci qəzetin" 33-cü dirçəliş günü
33 il bundan əvvəl, 17 noyabr 1992-ci ildə Azərbaycan mətbuatının önəmli səhifələrindən biri açıldı. Bu gün “525-ci qəzet”in ilk sayı işıq üzü gördü və oxucularla görüşdü.
O vaxtdan bəri “525-ci qəzet” yalnız informasiya mənbəyi olmaqla kifayətlənmədi; o, həm də xalqımızın milli şüurunun, müstəqillik ruhunun və azad düşüncəsinin güzgüsünə çevrildi. Bu qəzet Azərbaycan mediasında özünəməxsus yeri və nüfuzu ilə seçilərək dövrün çağırışlarına uyğun olaraq ictimai fikir formalaşdırdı, oxuculara hər zaman doğru və vaxtında informasiya təqdim etdi.
Beləliklə, 17 noyabr həm milli dirçəlişin, həm də mətbuatımızın önəmli nümunəsinin - "525-ci qəzet"in inkişafının rəmzi günü kimi tariximizdə xüsusi əhəmiyyət kəsb edir. “525-ci qəzet”in yaranması azad sözün, vicdanlı jurnalistikanın və vətənpərvər medianın nümunəsi olaraq daim yad olunur.
Həmkarlarımızı 33 yaş münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Elmir Heydərli
17:20 17.11.2025
Oxunuş sayı: 976