"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb
"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Crossmedi.az xəbər verir ki, Naxçıvan təmsilçisi Niderland çempionu "Tigers Roermond"u 3:2 hesabı ilə məğlub edib.
Beləliklə 7 xal toplayan Naxçıvan təmsilçisi qrup qalibi kimi növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk oyunda yarışın təşkilatçısı olan Rumıniyanın "Yunayted Qalati" klubunu məğlub edib - 2:1. Komanda daha sonra Lüksemburq çempionu "Differdanje 03" komandası isə heç-heçə edib - 2:2.
19:58 01.11.2025
Oxunuş sayı: 1535