"Şərq" 29 yaşını qeyd edir!
Azərbaycan mətbuat məkanının aparıcı simalarından biri olan “Şərq” qəzeti 29 illik fəaliyyət yolunu qürurla arxada qoyur. Ötən illər ərzində qəzet milli jurnalistikamızın inkişafına, cəmiyyətin maarifləndirilməsinə və ictimai rəyin formalaşmasına mühüm töhfələr verib. “Şərq” daim obyektivlik, peşəkarlıq və vətənpərvərlik prinsiplərinə sadiq qalaraq, informasiya məkanında özünəməxsus yer qazanıb.
Bu illər ərzində qəzetin kollektivi bir çox ictimai-siyasi hadisələri peşəkar şəkildə işıqlandırıb, milli maraqların qorunmasında və mətbuat dəyərlərinin təbliğində ön sıralarda yer alıb. "Şərq" həm qəzet həm də onlayn platforma kimi oxucularla görüşür. Həm qəzet həm saytda təhlillər, gündəmə bağlı açıqlamalar, operativ və qərəzsiz xəbərlər dərc edilir. “Şərq”in redaksiya komandası prinsipial mövqeyi və oxucularla səmimi münasibəti ilə fərqlənir.
Bu münasibətlə “Şərq” qəzetinin rəhbərliyini, redaksiya heyətini və bütün əməkdaşlarını 29 illik yubiley münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Sizə yeni uğurlar, yaradıcılıq enerjisi və jurnalistikanın uca missiyasına sadiq qalmaqda davamlılıq arzulayırıq.
İnformasiya məkanında daha parlaq illər və nailiyyətlər “Şərq”in olsun!
Ayhan
16:21 01.11.2025
Oxunuş sayı: 5919