Müsabiqələrə 1000-ə yaxın QHT-dən müraciət daxil olub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələri və Agentliyin bp ilə birgə elan etdiyi kiçik, orta və böyük qrant müsabiqələrinə QHT-lərdən layihələrin qəbulu 2025-ci il oktyabrın 22-də başa çatıb.
Elan edilmiş müsabiqələr üzrə ümumilikdə, 980 QHT müvafiq elektron sistem üzrə sənədlərini yerləşdirməyə başlayıb, lakin onlardan 759-u proseduru sona qədər uğurla tamamlayaraq layihələrini sistemə yükləyiblər.
Daxil olmuş 759 QHT layihəsindən 695-i Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələri üzrədir:
Böyük qrant: 64
Orta qrant: 152
Kiçik qrant: 479
Agentliyin bp ilə birgə elan etdiyi kiçik, orta və böyük qrant müsabiqələrinə isə 64 QHT layihəsi daxil olub:
Böyük qrant: 11
Orta qrant: 18
Kiçik qrant: 35
QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin texniki seleksiyasına başlanılıb. Ekspertiza mərhələsindən sonra layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri 2026-cı ilin I rübü ərzində elan olunacaq.
18:37 23.10.2025
Oxunuş sayı: 1154