Yuxarı Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Oktyabrın 18-də Yuxarı Şirvan kanalının Sabirabad rayonu, Surra kəndi ərazisindən keçən hissəsində batan şəxsin axtarışları başa çatıb.
Bu barədə Crossmedia.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
20:24 21.10.2025
Oxunuş sayı: 1086