Azərbaycan Basketbol Liqasının III turunda daha bir görüş baş tutub

Azərbaycan Basketbol Liqasının III turunda daha bir görüş baş tutub.
Crossmedia.az xəbər verir ki, B qrupunda "Sumqayıt" "Quba" ilə üz-üzə gəlib.
Bakı İdman Sarayında təşkil olunan görüş qubalıların 98:88 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında "Naxçıvan" "Lənkəran"ı (91:82), "Ordu" "Sərhədçi"ni (85:73), "Sabah" isə "Şəki"ni (85:66) üstələyib.
18:32 18.10.2025
Oxunuş sayı: 1340