"Sərhədçi"nin baş məşqçisi: Növbəti oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq

"Sərhədçi" komandası növbəti oyunlarda daha yaxşı çıxış etməyə çalışacaq.
Crossmedia.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Anar Sarıyev Azərbaycan Basketbol Liqasının III turunda "Ordu"ya 73:85 hesablı məğlubiyyəti şərh edərkən deyib.
Gənc mütəxəssis bu görüşdə səhvlərə yol verdiklərini vurğulayıb:
"Öncə komandama təşəkkür edirəm. Yaxşı mübarizə apardıq. Amma bu, qələbə üçün yetərli olmadı. Səhvlərimiz yenə də çox idi. Növbəti oyunlarda səhvləri azaltmalıyıq. Bir-birimizə daha çox inanmalıyıq. Mən bu komandaya inanıram. Sadəcə bizə bir az vaxt lazımdır. Növbəti oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq".
22:31 17.10.2025
Oxunuş sayı: 1229