III MDB Oyunları: Kamandan oxatma yarışlarında bu gün 4 komanda finala yüksəlib

III MDB Oyunlarının kamandan oxatma üzrə yarışlarında finala yüksələn komandalar müəyyənləşib.
Crosssmedia.az xəbər verir ki,qızlarin yarışında Sümeyyə Bədəlli, Nilufər Ağaməmmədov və Fatimə Hüseynlidən ibarət komanda 1/4 finalda Tacikistanı 5:3 hesabı ilə məğlub edib.
Yarımfinalda isə Rusiyaya 2:6 hesabı ilə uduzub.
Beləliklə final mərhələsində Rusiya, Özbəkistan, Qazaxıstan və və Belarusun qız və oğlanlardan ibarət komandaları mübarizə aparacaq. Azərbaycanın qadınlardan ibarət yığması isə bürünc medal uğrunda Belarusla üz-üzə gələcək.
Qeyd edək ki, Xankəndi şəhər stadionunda baş tutan kamandan oxatma yarışlarına oktyabrın 5-də yekun vurulacaq.(Report)
21:48 04.10.2025
Oxunuş sayı: 3288