Abşeronda fərdi yaşayış evində yanğın olub, iki nəfərin meyiti aşkar edilib




Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyü 40 m² sahədə yanıb.
Nazirlikdən bildirilib ki, ikinci evin 1-ci və 2-ci mərtəbələri və digər bitişik evlər yanğından mühafizə edilib.
Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
xxx
06:28
Abşeron rayonunun Masazır qəsəbəsində fərdi yaşayış evində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti bildirib.
Bildirilib ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Baş vermiş yanğın yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb və bitişik digər evlərə keçməsinə imkan verilmədən tam söndürülüb.
07:50 02.09.2025
Oxunuş sayı: 905