TƏBİB: “Sədərək” ticarət mərkəzində yanğın zamanı tüstüdən zəhərlənən 4 nəfərdən 2-nin durumu orta ağırdır

“Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar təcili tibbi yardım briqadasına ümumilikdə, 4 nəfərin (kişi cinsli) müraciəti qeydə alınıb.
TƏBİB-dən Crossmdia.az-ın sorğusuna cavab olaraq bildirilib
ki, onlardan 2 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin
Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Hər iki şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri
tibbi xidmət göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri
davam etdirilir.
Digər 2 nəfərə (kişi cinsli) isə təcili tibbi yardım
briqadası tərəfindən yerində tibbi yardım göstərilib.
16:39 24.08.2025
Oxunuş sayı: 958