DYP görüntüləri yayılan sürücü və sərnişinlə profilaktik söhbətlər aparıb

Bir sıra media resurslarında “Mercedes” markalı nəqliyyat vasitəsində sərnişinin hərəkət zamanı ayaqlarını avtomobilin pəncərəsindən çölə çıxarmasına dair yayılan videogörüntülər araşdırılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, araşdırmalarla nəqliyyat vasitəsinin sürücüsü Anar Sadıxzadə və sərnişini Fərid Mikayılov müəyyən olunaraq dəvət ediliblər.
Bildirilib ki, onlarla profilaktik söhbətlər aparılıb və qayda pozuntusuna görə barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
12:31 30.07.2025
Oxunuş sayı: 993