Mətbuatın 150 illiyinə töhfə: Azərbaycanda yeni qəzet fəaliyyətə başlayıb

Azərbaycanda yeni qəzet fəaliyyətə başlayıb.
"Yeni Əkinçi” adlı nəşrin ilk sayı iyulun 22-də nəşr olunub.
Qəzet ayda iki dəfə, 15 gündən bir daha çox analitik materiallarla oxucularla görüşəcək.
"Yeni Əkinçi"nin təsisçisi və baş redaktoru Əsgər İsmayılov, şef redaktoru Ayhan Ağarzayevdir. Dizayn və tərtibat işləri üzrə məsul şəxs isə Sara Parlanovadır.
“Yeni Əkinçi” öz fəaliyyətində cəmiyyətin aktual problemlərinə, ictimai-sosial məsələlərə və dərin analitik yanaşmalara üstünlük verir. Qəzetin əsas məqsədi ictimai fikrə töhfə vermək, oxucunu düzgün və obyektiv məlumatlarla təmin etməkdir.
Yeni nəşr, həmçinin müasir dizaynı və aydın strukturu ilə oxucular üçün əlçatan və cəlbedici olmağı qarşısına məqsəd qoyur.
Bu, Ə.İsmayılov və A.Ağarzayevin mətbuatın 150 illik yubileyinə töhfəsidir.
Qeyd edək ki, Ə.İsmayılov BDU-nun Jurnalistika fakültəsinin məzunu, A.Ağarzayev isə həmin fakültənin tələbəsidir.
Mehriban Yariyeva
12:10 29.07.2025
Oxunuş sayı: 2023