Bakıda bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Crossmedia-az xəbər verir ki, bu barədə Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, təmir işləri ilə əlaqədar aşağıda qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və tam olmaqla məhdudlaşdırılacaq.
Nəqliyyat vasitələrinin hərəkətinin qismən məhdudlaşdırılacağı yollar:
- Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində (Dilarə Əliyeva küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək);
-
Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsində (Mətbuat prospektindən
İnşaatçılar prospektinədək);
- Nərimanov
rayonu Məmməd Araz küçəsində (Azadlıq prospektindən Atatürk prospektinədək).
Hərəkətin
tam məhdudlaşdırılacağı yollar:
-Binəqədi
rayonu, Ziya Bünyadov prospektində (Əlişir Nəvai küçəsindən Xutor tunelinə qədər);
-Xətai
rayonu, Babək prospektinin yan yolu və dairədə (maşın bazarının qarşısı);
-Yasamal
rayonu, Dadaş Bünyadzadə küçəsində (Əsəd Əhmədov küçəsindən Məhəmməd Xiyabani
küçəsinədək olan hissəsi).
Bununla yanaşı, Binəqədi rayonu, Eldar Babayev küçəsində (Rəşid Məmmədov küçəsindən Ziya Bünyadov prospektinə qədər) və Xocəsən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində (157 saylı marşrutun yolu) aparılacaq əsaslı təmir işləri ilə bağlı olaraq sözügedən ərazilərdə sabah saat 08:00-dan başlayaraq nəqliyyat vasitələrinin hərəkəti fasilələrlə tam məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması aparılan işlər bitənədək qüvvədə olacaq.
"Xahiş
edirik, hərəkətinizi əvvəlcədən planlayasınız və müvəqqəti dəyişiklikləri nəzərə
alasınız", - deyə agentlik bəyan edib.
17:41 25.07.2025
Oxunuş sayı: 822