“14 iyul 1969-cu il: Uğurlu inkişaf yolunun təməli” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı “S.Vəzirov küç. 91” (Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56-cı il dönümünə həsr olunmuş “14 iyul 1969-cu il: Uğurlu inkişaf yolunun təməli” adlı tədbir keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, YAP Yasamal rayon “S.Vəzirov küç.91” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirlyinin Aparat rəhbəri Azad Cəfərli, YAP Yasamal rayon təşkilatının və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları və Partiya üzvlər iştirak edib.
İlk öncə Nazirliyin inzibati binasında ümummilli lider Heydər Əliyevin büstünün önünə tər gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, 1969-cu il 14 iyul tarixində ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi tariximizin dönüş nöqtəsi oldu. Bu tarixi günlə müstəqil dövlətçiliyimizin təməlləri qoyuldu. Ulu Öndərin uzaqgörənliyi sayəsində geridə qalmış bir respublika qısa zamanda iqtisadi, mədəni və siyasi baxımdan inkişafa başladı. Sovet dövründə milli kimlik qorundu, intellektual potensial formalaşdı, gələcək müstəqilliyin ideya bazası yaradıldı. Müstəqillik illərində isə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanı xaos və parçalanmadan xilas etdi. 1994-cü ildə sonlarında əsası qoyulan neft strategiyası ölkəmizi dünya enerji xəritəsində önə çıxardı. Azərbaycanın müstəqilliyi möhkəmləndi, ordu quruculuğu gücləndi, beynəlxalq nüfuz artdı. Ulu öndər Heydər Əliyev yolunun davamçısı Prezident İlham Əliyev müasir dövrün çağırışlarına cavab verərək regionun lider dövlətini formalaşdırdı. Əldə olunan tarixi Zəfərlər uıu öndər Heydər Əliyev yolunun parlaq nəticəsidir. Bu gün hər bir azərbaycanlının qürurla andığı tarix – 14 iyul, dövlətçilik əzminin simvoludur.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında bildirib ki, “14 iyul 1969-cu il – Uğurlu inkişaf yolunun təməli” təkcə bir tarix deyil, müstəqil Azərbaycanın ideoloji və strateji yüksəlişinin başlanğıcıdır. Ulu öndər Heydər Əliyevin siyasi rəhbərliyə gəlişi ilə Azərbaycan SSR böyük yüksəliş mərhələsinə qədəm qoydu. Sənaye, elm, kənd təsərrüfatı və mədəniyyət sahələrində mühüm nailiyyətlər əldə olundu. Lakin əsl və tarixi dönüş nöqtəsi 1993-cü ildə oldu – xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı parçalanmaqdan və vətəndaş müharibəsindən xilas etdi. Dövlət institutları bərpa olundu, hüquqi islahatlar aparıldı, Konstitusiya qəbul edildi. 2003-cü ildən etibarən bu yolu inamla davam etdirən Prezident İlham Əliyev ölkəmizi qlobal miqyasda söz sahibi olan dövlətə çevirdi. Qarabağ zəfəri və 2023-cü il antiterror tədbirləri bu strategiyanın nəticəsidir. 14 iyulun mirası bu gün müstəqil Azərbaycanın siyasi sabitliyi, iqtisadi gücü və beynəlxalq nüfuzu ilə yaşayır. Qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Azad olunmuş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində müasir infrastruktur qurulur, vətəndaşların təhlükəsiz və ləyaqətli şəkildə doğma torpaqlarına qayıdışı təmin olunur. Bu proses Prezident İlham Əliyevin milli həmrəyliyə, sosial rifaha və tarixi ədalətin bərpasına yönəlmiş uğurlu siyasətinin davamıdır. Çıxışın sonunda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Partiya sıralarına yeni qoşulanları təbrik edərək onlara gələcək ictimai-siyasi fəaliyyətlərində uğurlar arzu edib.
Partiya sıralarına yeni qoşulan Elxan Hüseyinov və Fidan Xalıqova ölkəmizin əldə etdiyi uğurlarında bəhs ediblər. Çıxışlarda Yeni Azərbaycan Partiyasına üzv olmanın yüksək şərəf və məsuliyyət kimi qiymətləndirib. Bildirlib ki, ölkəmizin siyasi və ictimai həyatında aparıcı rol oynayan bu partiyanın sıralarına qoşulmaq, dövlətçiliyimizə və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə dəstəyin bariz ifadəsidir. Çıxışlarda göstərilən etimada görə minnətdarlıq ifadə olunub.
Çıxışlardan sonra Partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri və Partiyanın ictimai-siyasi həyatında uğurlu fəaliyyətə görə bir qrup üzvə fəxri fərmanlar təqdim edilib.
Sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, xatirə şəkli çəkdirilib.
14:40 14.07.2025
Oxunuş sayı: 1497