Azərbaycanla Pakistan arasında gənclər sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb

“İƏT Həftəsi” çərçivəsində Ağdam şəhərində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov ilə Pakistan Baş nazirinin gənclər proqramı üzrə məsul nümayəndəsi Sayeda Amnah Batul arasında gənclər sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Həmin memorandum Azərbaycan ilə Pakistan arasında gənclər siyasəti, qeyri-formal təhsil, könüllülük, gənclər mübadiləsi və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə, eləcə də regionlararası dialoqun möhkəmləndirilməsinə xidmət edir.
Memorandum çərçivəsində birgə tədbirlərin təşkili, təcrübə mübadiləsi və gənclər arasında əlaqələrin genişləndirilməsi istiqamətində birgə səylər göstərmək barədə razılıq əldə olunub.
09:02 02.07.2025
Oxunuş sayı: 1038