U-17 yeniyetmələr arasında Liqa yarışının II turu keçiriləcək

Bu gün cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının II turu start götürəcək. Liqada 94 klub və idman cəmiyyətindən olan 816 cüdoçu (651 oğlan, 165 qız) mübarizə aparacaq.
Yeniyetmə cüdoçular 16 çəki dərəcəsində medalçıları müəyyənləşdirəcəklər. Turnirə ayın 20-də yekun vurulacaq.
Qeyd edək ki, cari ildə U-17 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq cədvəli formalaşacaq.
09:45 18.06.2025
Oxunuş sayı: 428