Vətəndaşların bank kartlarından oğurluqlar davam edir

İyunun 2-də Daxili Işlər Nazirliyinə (DİN) daxil olan müraciətlər əsasında ayrı-ayrı vətəndaşların bank hesablarından 3 min, 1803, 390, 200, 100, 100, 98, 90, 70, 63, 51 manat və 34 dollar məbləğində vəsaitin dələduzluq yolu ilə oğurlandığı müəyyən edilib. Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirlik vətəndaşları naməlum nömrələrdən gələn zənglərə və mesajlara qarşı ehtiyatlı olmağa çağırır: “Zərərçəkmişlər naməlum şəxslərin saxta xarici nömrələrdən, profil və səhifələrdən göndərdikləri tələblərinə, təkliflərinə və vədlərinə inanaraq dəqiqləşdirmə aparmadan bank kartının nömrəsi, kartın istifadə müddəti, CVV/CVC kodu (kartın arxa hissəsində yerləşən 3 rəqəmli təhlükəsizlik kodu), mobil nömrəyə SMS vasitəsilə göndərilən birdəfəlik OTP kodlarını qarşı tərəfə veriblər. Bir daha xatırladırıq ki, bank kartları ilə əlaqəli naməlum zənglərə və mesajlara cavab verməyin, danışıq və yazışma aparmayın – dərhal blok edin”.
11:24 03.06.2025
Oxunuş sayı: 1143