Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndələri ilə görüş olub

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Tələbə Gənclər Təşkilatları (TGT) İttifaqı və TGT-lərin nümayəndələri ilə görüşüb. 2025-ci ilin “Gənclər Paytaxtı” Sumqayıt şəhərində keçirilən görüşdə ölkəmizin 17 şəhər və rayonundan 48 ali və orta ixtisas təhsil müəssisəsini təmsil edən 100-dən çox TGT sədri və sədr müavini iştirak edib.
Görüş zamanı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ATGTİ-nin tələbələri üçün həyata keçirdiyi fəaliyyətlər, TGT-lərin irəli sürdüyü təklif və təşəbbüslər, nazirliyin gənclər üçün layihələri və yeni planları barədə danışılıb, eləcə də tələbələrin idman tədbirlərinə cəlb olunması ilə bağlı təqdimat nümayiş olunub.
Tədbirdə nazir müavini İndira Hacıyeva və ATGTİ-nin sədri Rəşad Zeynalov da iştirak ediblər.
Görüşlər tələbələrin təşəbbüslərinin dəstəklənməsi, qərarvermə prosesində iştirakı, onların dövlət gənclər siyasətinə töhfə verməsinə şərait yaradılması məqsədilə keçirilir.
08:29 27.05.2025
Oxunuş sayı: 1337